Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi
05.03.2020 13:36UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əzizirlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, o, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib.
“Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm. Həbib artıq qisasını alıb, mən isə hələ yox”, – deyə o vurğulayıb.
Əli Əbdel-Əziz həmçinin Makqreqorla Floyd Meyvezeri güclü və ciddi rəqib saymadığını bildirib.

