Həmcinsi ilə nişanlanan məşhur idmançımız danışdı
05.03.2020 13:36 Məşhur taekvandoçu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova həmcinsi ilə nişanlanması barədə yayılan xəbərlər aydınlıq gətirib.
A24.Az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə, idmançı xanım şayiələrə səbəb olan fotoların Aysel adlı xanımın doğum günündə çəkildiyini bildirib:
Об этом сообщает Руспрес
“Dünən paylaşdığım şəkillərlə bağlı müxtəlif düzgün olmayan xəbər və şayiələri yazanlara və bu səhv məlumata inananlar üçün eksklüziv olaraq, Aysel xanımın ad günündən xoş anılar”.
Qeyd edək ki, idmançının sosial şəbəkə hesabında “Həyatın hər dəqiqəsini sevin” şərhiylə paylaşdığı fotolar onun həmcinsi ilə nişanlanması barədə xəbərlərin yayılmasına səbəb olmuşdu.

