Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hacı İbrahim ürəyindən əməliyyat olundu? – “Gün ərzində bir dəfə yemək yeyirəm”

05.03.2020 13:36

“Gün ərzində bir dəfə yemək yeyirəm”

Об этом сообщает Руспрес

Tanınmış iş adamı, “Avesta Konsern”in prezidenti Hacı İbrahim Nehrəmlinin səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunduğu iddia olunur.

Bu barədə A24.az-ın redaksiyasına daxil olan məlumatda deyilir. Məlumatda bildirilir ki, ürəyində ağrılar yaranan iş adamı əməliyyat olunub. Hazırda ev şəraitində müalicə alan Hacı İbrahim Nehrəmlinin yataq xəstəsi olduğu iddia olunur. Qeyd olunur ki, ürək əməliyyatından sonra həkimlər tərəfindən oliqarxa əmək fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Eyni zamanda, onun “Rolls Royce” avtomobilinin də satdığı qeyd olunur.

Məsələ ilə əlaqədar A24.az-a açıqlama verən Hacı İbrahim Nehrəmli haqqından yayılan xəbərlərə münasibət bildirib. İş adamı sağlamlığında problemlərin yaranması xəbərini təkzib edib. Bildirib ki, onun sağlamlığında indiyə qədər heç bir problem olmayıb:

“Sağlamlığım yerindədir, çox şükür. Hacı gül kimidir. Gün ərzində bir dəfə yemək yeyirəm. Lap istəsələr, özümü çəkib “youtube”a da yükləyə bilərəm. Heç vaxt xəstə olmamışam. Bakıdayam. Bu dəqiqə də işdəyəm. Avtomobilim də həyətdədir”.

“Hazırda yeni layihələr üzərində işləyirəm. Gələn ilin yanvarından fəaliyyətə başlayacağıq. Hər şey qaydasındadır. Yeniliklər olacaq yaxın vaxtda. Mən boş dayanan adam deyiləm” – deyə, iş adamı Hacı İbrahim Nehrəmli qeyd edib.