Hacıqabulda iki yük avtomobili toqquşdu: xəsarət alan var
05.03.2020 13:36Hacıqabul rayonunda yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.Az “Report’a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99-FC-868 dövlət qeydiyyat nişanlı “Shagman” markalı yük avtomobili 57-BK-324 dövlət qeydiyyat nişanlı “KamAz” markalı yük avtomobilinə, sonra isə beton maneələrə çırpılıb. Nəticədə “Shagman”ın sürücüsü 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Taleh Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

