Hacıqabulda qadın sürücü avtomobilini aşırdı: Xəsarət alan var
05.03.2020 13:36Hacıqabul rayonunda yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Aynur İsa qızı Xəlilovnın idarə etdiyi 99 LA 877 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

