Hansı qəzet və xəbər saytları Mətbuat Şurasına üzv ola bilər-Rəsmi
05.03.2020 13:36Azərbaycan Mətbuat Şurası quruma üzv olmaq istəyən mətbu orqanlardan tələb olunan şərtləri açıqlayıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Şura sədri Əflatun Amaşov “Report”a bildirib ki, Azərbaycanda hüquqi şəxs və vergi ödəyicisi kimi müvafiq qeydiyyatdan keçməkdən, azı 2 il fəaliyyət göstərməkdən, əməkdaşlarının sayı 3 nəfərdən az olmamalıdır: “Eyni zamanda, üzvlük üçün müraciət edən media qurumu barədə son 1 il müddətində Şuraya haqlı şikayət məktubu da ünvanlanmamalıdır. Məhdudiyyətlərə gəlincə, peşə prinsiplərinin pozulmasına dair barələrində Şuranın qərarı olan media qurumları həmin qərarın qəbul edildiyi gündən sonrakı 1 ildən tez üzvlük üçün müraciət edə bilməzlər. Həmçinin, adları Şuranın peşə prinsiplərinə etinasız yanaşan, onları mütəmadi pozan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş “qara siyahı”sında yer alan media qurumlarının müraciətinə də baxılmayacaq. Fəaliyyət mütəmadiliyi davamlı şəkildə pozulan media qurumlarının üzvlüyünə yol verilməyəcək. Məsələn, deyək ki, hansısa qəzet həftəlik nəşr olaraq qeydiyyatdan keçibsə, ancaq aylarla fəaliyyət göstərmirsə, Şuraya üzv ola bilməz. Əslində, buna qədər də qeyd etdiyimiz məhdudiyyətlər tətbiq edilirdi”.
Ə.Amaşov deyib ki, hazırda AMŞ-ya üzvlüklə bağlı məsələ bir qədər də təkmilləşdirilib və konkret olaraq tirajı 1000-dən aşağı olan qəzetlərin, 500-dən aşağı olan jurnalların Şuraya üzvlüyü yolverilməzdir.
O həmçinin qeyd edib ki, son zamanlar Mətbuat Şurasına üzv olmaq istəyən internet media vasitələrinin sayı artıb: “Qaydalardakı məhdudiyyətlərin önəmli qismi məhz onlarla bağlıdır. Materiallarının beynəlxalq sayğac sistemlərinə əsasən bir günlük izlənmə sayı (unikal İP) 1000-dən az olan informasiya agentlikləri və onlayn informasiya portalları üzvlük üçün müraciət edə bilməzlər”.

