Həbsxanadan inanılmaz qaçış – VİDEO
05.03.2020 13:37ABŞ-dan məhbuslar həbsxanadan qaçışlarını videoya çəkiblər.
Об этом сообщает Руспрес
A24.Az-ın REN TV-yə istinadən məlumatına görə, onlar azadlığa yolu mobil telefonun kamerasına qeyd ediblər.
Məhbuslar həbsxanadan havalandırma sistemi vasitəsi ilə çıxıblar. Tikilinin damına çıxan üç kişi oradan döşək üzlərindən düzəldilmiş “kəndirlə” aşağı düşüblər.
Sonradan məhbuslar taksidə viski içdikləri yerdə görüntüləniblər.
ABŞ polisinin məlumatına əsasən, hər üç məhbus hadisədən bir neçə gün sonra saxlanılıb. Onların hamısı qətl və digər ağır cinayətlərdə ittiham olunurlar.

