Həkimlər xəbərdarlıq edir: üzü üstə yatmayın!
05.03.2020 13:37American Mayo Klinikası mütəxəssislərinin apardığı araşdırmaya görə, üzü üstə yatmaq kürək, boyun ağrısı və oynaqlarda ciddi ağrılara səbəb olur.
Об этом сообщает Руспрес
Həmçinin, mədə üzərində yatmağın da nəfəs almağı çətinləşdirdiyi bildirilib. Xüsusilə hamilə qadınların üzü üstə yatmamaları barədə xəbərdarlıq edən mütəxəssislər, üz üstə mövqeyin qan axınını çətinləşdirdiyini bildirib.
A24.Az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər üzü üstdə yatarkən onurğanın zərər görməməsi üçün qarın bölgəsinin altına bir yastıq qoyulması və sərt bir yataqda yatmaq təklif edir. Mütəxəssislər həmçinin, onurğanın sağlamlığı üçün boyunun rahat hərəkət edən mövqelərdə yatması lazım olduğunu vurğulayır.
ABŞ-ın elm insanları tərəfindən aparılan digər bir araşdırmada isə yetərsiz gecə yuxusu ilə Alzheimer xəstəliyi arasında əlaqə olduğu ortaya çıxarılıb.
Orxan Aslanlı / A24.az

