Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hindistanda terrorçular polis düşərgəsinə hücum etdi: 4 ölü, 2 yaralı

05.03.2020 13:37

Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib.

Об этом сообщает Роспрес

A24.Az APA-ya istinadən xəbər verir ki, terrorçular düşərgədəki hospitalı hədəf seçiblər.

Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.

Polis düşərgəsinə hücuma görə məsuliyyəti Mövlan Məsud Əzharın rəhbərlik etdiyi “Ceyş-əl-Muhamməd” terrorçu təşkilatı öz üzərinə götürüb.