Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hindistanda yeddigünlük matəm elan edildi

05.03.2020 13:37

Hindistan hökuməti sabiq Baş nazir Atal Bixari Vadjpainin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edib.

Об этом сообщает Руспрес

A24.Az AZƏRTAC-a istinadən bildirir ki, matəm avqustun 16-dan 22-dək davam edəcək. Sabiq Baş nazir avqustun 16-da 93 yaşında dünyasını dəyişib. O, 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib.

1998-ci ildə Vadjpai hökumətinin nüvə silahı sınaqlarının keçirilməsini sanksiyalaşdırması Hindistan-Pakistan münasibətlərinin mürəkkəbləşməsinə gətirib çıxarmışdı. “Asiaweek” həftəliyinin ekspert-politoloqlar arasında keçirdiyi sorğunun nəticələrinə görə, Vadjpai 2000-ci ildə Asiyada ən yaxşı hökumət rəhbəri adlandırılmışdı.

O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.