Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hollandiyada Katolik kilsələrində pedofil qalmaqalı

05.03.2020 13:37

Katolik kilsəsi yeni pedofil qalmaqalı ilə sarsılmaqda davam edir. Bütün dünyada ifşa edilən yeni pedofil xəbərindən sonra Katolik kilsəsinin etibarlılığı zəfələyib.

Об этом сообщает Руспрес

Saytımız “timeturk.com”a istinadən xəbər verir ki, Hollandiya Katolik kilsəsində 1945-2010-cu illərdə xidmət göstərən hollandiyalı piskopos və kardinalların yarıdan çoxu pedofil hadisələrindən xəbərdar imiş.

Hətta həmin illər arasında Katolik kilsəsində fəaliyyət göstərən 39 hollandiyalı piskopos və köməkçi piskoposlardan 20-sinin adı bu hadisələrdə hallanır. 4-ü uşaq olmaqla 16 nəfər kilsədə istismar edilib və keşişlər bu hadisələrə səssiz qalıblar.

Hollandiya Katolik kilsəsi yayılan bu xəbərlərin bəzilərini qəbul edib, lakin bəzilərinin əsası sübut olunmamış anonim məlumatlar olduğunu bildirib.

Hollandiya Katolik kilsəsinin sözcüsü Daphne van Roosendaal 2010-cu ildə kilsə tərəfindən hazırlanan hesabatda sadəcə bir neçə piskoposun  adının bu hadisələrdə hallandığını söyləyib. Hadisələrdə adı keçənlərin hazırda əksəriyyətinin öldüyü, sağ qalanların isə xidmət göstərmədikləri və bu məsələ ilə bağlı cavab verməkdən qaçdıqları bildirilib.