İcra başçısının işdən çıxarılan qadın müavininə maaşsız vəzifə verildi
05.03.2020 13:38Gəncə Şəhər İcra Hakimiyyəti başçısının işdən çıxarılan müavini Sevda Qurbanəliyeva əmək fəaliyyətini Gəncə Dövlət Universitetində (GDU) davam etdirəcək.
Об этом сообщает Руспрес
Bu barədə A24.az-a GDU-nun Mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev məlumat verib. O bildirib ki, S.Qurbanəliyeva GDU-nun musiqi fənləri kafedrasının müdiri vəzifəsini ictimai əsaslarla davam etdirəcək. Eyni zamanda, iş vahidi yarımştat götürüləcək.
Qeyd edək ki, ötən gün Qurbanəliyeva Sevda Firuddin qızı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, idarənin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.

