İdlibdə yeni hava hücumu: 3 rus, 2 Suriya təyyarəsi bölgəni bombaladı
05.03.2020 13:38Rusiya ilə Suriyanın rejim qüvvələrinin İdlibə qarşı başlatdığı hücumlar davam edir.
Об этом сообщает Руспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, bu gün İdlib yenidən hava hücumuna məruz qalıb.
Belə ki, İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran liderlərinin bir araya gəldiyi sammitin başlamasından bir neçə saat əvvəl hücum xəbəri gəlib. Suriyada 2 Suriya və 3 Rusiya hərbi təyyarələrin İdlibi vurduğu açıqlanıb. Rejim qüvvələri ilə Rusiya hərbi təyyarələrinin müxalif bölgəni bombalamağa başladığı bildirilib.
Yerli qaynaqların yaydığı məlumata görə, Han Şeyhun, El habit, Tel Assas, Kefr Zeyta və Kfr Ayn kimi məntəqələrin hədəfə alındığı deyilir. Partlayış səslərinin eşidildiyi El Habitdə ən azı bir nəfərin öldüyü, çoxlu sayda yaralının olduğun bildirilib.

