İki aya Qarabağ problemi çözüləcək iddiasının sirri açıldı: İsrail Azərbaycana ölıdürücü silahlar verəcək, iş bitəcək
05.03.2020 13:38“Mən hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı ay yarımda-iki ayda hamımızı sevindirəcək bir hadisə olmalıdır, bu, gözlənilir. Çünki vəziyyət belə qalmaz, Soçi görüşü də bunu sübut edir. Artıq bu vəziyyətə dözmək mümkün deyil”.
Об этом сообщает Роспрес
Ötən gün yerli mətbuata müsahibəsində millət vəkili Yevda Abramovun səsləndirdiyi bu fikirlər böyük müzakirələrə səbəb oldu.
Deputatın belə əminliklə “Qarabağ məsələsi ilə bağlı ay yarımda-iki ayda hamımızı sevindirəcək bir hadisə olmalıdır” deməsi bir sıra suallar doğurdu.
Hər kəs bu sevindirici hadisənin konkret nədən ibarət olacağı ilə bağlı düşünməyə başladı. Xüsusilə də Y.Abramovun Soçi görüşünü əsas gətirərək bu fikri söyləməsi ortaya bir təzad çıxardı.
Çünki məlum Soçi görüşündən sonra Azərbaycanın xeyrinə hər hansı bir dəyişiklik baş vermədi. Əksinə, cəbhədə vəziyyət gərginləşdi, görüşdən bir neçə gün sonra erməni təxribatı nəticəsində əsgərimiz yaralandı. Daha sonrakı təxribatda isə ordumuzun bir əsgəri şəhid oldu.
Eyni zamanda Rusiya Ermənistana dəstəyini bir az da artırdı. İki ölkə arasında birgə qoşun qruplaşmalarının yaradılması haqda saziş imzalandı.
Bütün bu faktlar millət vəkilinin proqnozunun reallığa nə dərəcə yaxın olub-olmaması haqda fikirlər ortaya çıxardı.
Politoloq Qabil Hüseynli mövzu ilə bağlı fikirlərini A24.Az saytı ilə bölüşüb:
“Y.Abramov Soçi görüşünə işarə edərək öz fikirlərini əsaslandırmaq istəyib. Amma Soçi görüşündə Qarabağ məsələsinin perspektivlərinə dair hər hansı müzakirələrin olub-olmaması haqda məlumat yayılmadı. Bu görüşdən sonra Rusiya KİV-lərində, rus politoloqların çıxışlarında və s. ermənipərəst mövqe daha qabarıq özünü biruzə verdi. İnanmıram ki, Rusiya nə vaxtsa Qarabağ məsələsində konstruktiv mövqe tutacaq. Biz dəfələrlə buna ümid etmişik. Hətta Rusiyanın bu məsələdə ədalətli mövqe tutacağına dair şərhlər də vermişik. Amma bunlar özünü doğrultmayıb. Millət vəkili özü də “İlanın ağına da lənət, qarasına da” deyərək Rusiyaya etibar etməməli olduğumuzu söyləyib. Onun dediklərinə görə, Rusiya faktorunu hesabdan silmək lazımdır.”.
Politoloqun fikrincə, Y.Abramov İsrail-Azərbaycan münasibətlərini nəzərdə tutaraq bu fikirləri söyləmiş ola bilər:
“Ola bilər ki, Yevda Abramov İsraillə Azərbaycan arasında silah alınmasına dair yeni bir müqavilənin həyata keçməyə başlamasını nəzərdə tutaraq belə deyib. Azərbaycan bundan sonra yəqin ki, silah alınmasında İsraillə daha çox əməkdaşlıq edəcək. İsrail özünün ən modern, öz silahlı qüvvələrində istifadə etdiyi texnikadan Azərbaycana verərsə, ordumuzun qüdrəti 10 dəfə, bəlkə də daha çox artar və hərbi əməliyyatlara başlamaq imkanımız genişlənə bilər. Zənimcə, Y.Abramov da bunu nəzərdə tutub”.
Xəyalə Bünyatova // A24.Az

