Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İki ölkə arasında gərginlik: Türkiyə NATO-dan çıxacaq? – Ekspertdən AÇIQLAMA

05.03.2020 13:38

Vaşinqton ilə Ankara arasındakı gərginliyi “çox ciddi olaraq səciyyələndirən Rusiyalı politoloq Mixail Smolin, Prezident Ərdoğanın Vaşinqtonla qırılma nöqtəsinə girməyib Rusiya ilə ABŞ arasında oynayacağını deyib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Sputnik Türkiyə agentliyinə istinadən xəbər verir ki, Vaşinqton ilə Ankara arasındakı gərginlik davam edərkən Türkiyə, ABŞ mənşəli tütün məhsullarına 60 faiz, spirtli məhsullara da 140 faiz vergi qoyulub. Son olaraq dollar 6.63-luq rekord səviyyəyə çatandan sonra bu gün 6.17 TL-yə qədər gerilədi. Rus politoloq Mixail Smolin iki ölkə arasındakı gərginliyi “Sputnik” agentliyinə şərh edib. Türkiyə ilə Ankaranın əməkdaşlığını uzun pis vəziyyətdə olduğunu bildirən Smolin, bu vəziyyətin 15 iyuldakı çevriliş təşəbbüsü ilə başladığını ifadə edib. “Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, bunda ABŞ-ın barmağı olduğuna dair bir qənaəti oldu. Həmçinin şəxsi baxımdan da ABŞ prezidenti Donald Trampla münasibətləri pozuldu. İki ölkə arasında çox ciddi gərginlik var. ABŞ, İsrailə regionun lideri rəftarı edir, Türkiyə buna qarşı çıxır və İraq ilə Suriyada öz təsirini artırmaq istəyir. ABŞ da buna qarşı çıxır. Getdikcə dərinləşən böhranın səbəbi budur”. Gərginliyin nə qədər irəli gedəcəyi sualına cavab verən Smolin, Türkiyənin NATO-dan çıxmağa və ABŞ ilə əlaqələrini tamamilə qoparmağa hazır olmadığını ifadə edib. Smolin “Böyük ehtimalla Türkiyə, Rusiya ilə ABŞ arasında hərəkət edəcək. Ərdoğan cəbhələşmə üzərindən oynayacaq. Yəni, Vaşinqtona ehtiyac olduqda üstünlüyünü ABŞ-dan yana istifadə edəcək. Oxşar mövqelərə sahib olanda da Rusiyadan yana… Yəni Ərdoğan nə bizlə nə də ABŞ ilə əlaqələrini kəsməyəcək. Bunun yerinə Yaxın Şərqdə öz maraqlarını müdafiə etməyə davam edəcək”, – deyə bildirib.

Orxan Aslanlı // A24.Az