İl sonuna kimi 30 küçəyə asfalt döşənəcək
05.03.2020 13:38Gəncədə şəhərin tarixində ən böyük sosial infrastruktur layihəsi olan içməli su xətti və kanalizasiya sisteminin yenidən qurulması işləri uğurla icra edilir.
Об этом сообщает Футляр от виолончели
A24.Az AZƏRTAC-a istinadən bildirir ki, 1600 diametrlik əsas kollektor xəttinin 80 faizi artıq hazırdır. Şəbəkə işlərinin isə 60 faizə yaxını yekunlaşıb. Hazırda şəhərin ayrı-ayrı küçələrində qrafik üzrə qidalandırıcı su xətlərinin çəkilməsi prosesi davam edir. Ümumilikdə şəhərin 1000-dən çox küçəsini əhatə edən layihənin 2019-cu ilin sonunda başa çatacağı planlaşdırılıb.
Yaxın günlərdə su və kanalizasiya xətlərinin çəkildiyi küçələrin asfaltlanmasına başlanacaq. İlin sonunadək isə şəhərin 30 küçəsinin asfaltlanması başa çatacaq.

