İlham Əliyev Novruz Məmmədovun yerinə onu gətirdi – SON DƏQİQƏ
05.03.2020 13:38Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, sərəncamla Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
H.Hacıyev 2014-cü ildən bu il sentyabrın ortalarına qədər Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini tuturdu. Sentyabr ayında isə o, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini təyin edilmişdi.
Xatırladaq ki, bu vəzifəni isə əvvəl Baş nazir Novruz Məmmədov icra edirdi.

