Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İranlı general: ABŞ hədəfimizdədir

05.03.2020 13:41

İran Baş Qərargah Rəisi general-mayor Məhəmməd Baqiri ABŞ-ın regiondakı bazaları və maraqlarının İranın hədəfində olduğunu bildirib.

Об этом сообщает Руспрес

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Baqiri ABŞ prezidenti Donald Trampın, İranı hədəf alan şüarlarına cavab olaraq yazılı bəyanat verib.

İranın hər səviyyədəki təhdidə əzici cavab verəcəyini vurğulayan Baqiri, açıqlamasında bunları qeyd edib: “Danışma mərkəzləri və maraqları İran silahlı qüvvələrinin hədəf mənzilində olan düşmənlər xüsusilə də ABŞ, region və dünyada çox geniş səviyyədə xəyal etməsi mümkün olmayan cavab qarşılaşmamaq üçün aslanın quyruğu ilə oynamamalıdır”.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani, iki gün əvvəl verdiyi bəyanatda, ölkəsinə qarşı sanksiya siyasətini izləyən ABŞ rəhbərliyini “Aslanın quyruğu ilə oynamağın” deyərək xəbərdarlıq etmişdi. ABŞ prezidenti D.Tramp da buna qarşılıq Twitter hesabından paylaşdığı mesajında, Ruhaniyə xitabən “Bir daha heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələri görməyə məcbur qalarsan” ifadələrini işlətmişdi.

Orxan Aslanlı //A24.Az