Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İslamiadanın qalibi olan Azərbaycan idmançısı 4 illik diskvalifikasiya edildi

05.03.2020 13:41

Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimlinin cəza müddəti açıqlanıb.

Об этом сообщает Футляр от виолончели

A24.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı Qazaxıstan əsilli atlet 4 il müddətinə diskvalifikasiya olunub. Orqanizmində xlorometiltestosteron (turinabol) maddəsi tapılan A.İbrahimlinin cəzası 14 avqust 2017-ci ildən qüvvəyə minib.

Qeyd edək ki, Anastasiya İbrahimli “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində iki hərəkətin cəmində 219 kq (birdən 100 kq, təkanla 119 kq) nəticə ilə qızıl medal qazanıb. O həmçinin 2015-ci ildə 23 yaşadək ağırlıqqaldıranlar arasında Avropa çempionu olub. Atlet İslamiadadan sonra cəzalanacağını bilərək karyerasını başa vurub.