Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kərimdən Təranə Səmədovanın həbsinə REAKSİYA

05.03.2020 13:42

Xəbər verdiyimiz kimi bu gün prodüser Təranə Səmədova həbs edilib.

Об этом сообщает Роспрес

Məsələyə münasibət bildirməsi üçün onun keçmiş həyat yoldaşı, müğənni Kərim Abbasovla əlaqə saxladıq. Müğənni A24.Az-a verdiyi açıqlamada keçmiş həyat yoldaşının həbsini bizdən öyrəndiyini bildirdi:

“Allah qapısını açsın. Mənə ayıb olar başqa nəsə desəm. Bircə onu arzu edirəm ki, Allah qapısını açsın”.

Qeyd edək ki, bu gün Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə tanınmış prodüser Təranə Səmədovaya hökm oxunub. O, 1 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalındaca həbs olunub. T. Səmədova artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırladaq ki, T.Səmədova insan alverində təqsirləndirilirdi. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.