Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş müdafiə naziri və xanımı həbs olundular – 2,8 milyonluq rüşvət ittihamı

05.03.2020 13:43

Xarici şirkətlərdən rüşvət almaqda ittiham edilən Yunanıstanın keçmiş müdafiə naziri Yannos Papandoniu və xanımı Stavrula Kuraku həbs olunublar.

Об этом сообщает Роспрес

Keçmiş nazir və xanımı məhkəmənin qərarından sonra paytaxt Afina yaxınlığındakı Koridallos həbsxanasına aparılıblar.

Nazir və xanımı bir İsveçrə bankında saxladıqları 2,8 milyon İsveçrə frankını 2003-cü ildə xarici şirkətlərdən rüşvət olaraq almaqda ittiham edilirlər.

Qeyd edək ki, Yannos Papandoniu 2001-2004-cü illərdə Yunanıstanın müdafiə naziri işləyib.