Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş prezident Barak Obama Trampa diktator dedi

05.03.2020 13:43

ABŞ-ın keçmiş prezidenti Barak Obama ad çəkmədən Trampı tənqid edib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, Obama Cənubi Afrika Respublikasının ilk prezidenti Nelson Mandelanın 100-cü ildönümündə iştirakı zamanı çıxış edib.

Çıxışı zamanı Obama dünya liderlərini qorxu və nifrət siyasəti yaydıqları üçün günahlandırıb və media azadlığına diqqət çəkib:

“Qorxu və kin siyasəti yüksəlməyə başlayıb. Bu siyasət bir neçə il bundan əvvəl xəyal edə bilməyəcəyimiz sürətlə yayılmağa başlayır. Diktator siyasəti birdən-birə həyatımıza daxil oldu. Demokratiya müəyyən şəkildə qorunur, amma iqtidar sahibləri demoktraiyaya yol açan hər qurumun altını qazmağa çalışır”.

Bu fikirləriylə Obama media azadlığının da təhlükə altında olduğuna işarə edib.

Keçmiş prezidentin çıxışı dinləyicilər tərəfindən ayaqüstə alqışlanıb.

Qeyd edək ki, Barak Obama 2008-2016-cı illər arasında ABŞ-a prezidentlik edib. Amerikanın 44-cü prezidenti olan Barak Obama səlahiyyətlərini başa vurduqdan sonra fəaliyyətində passivlik göstərir.