Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Keçmiş rəis müavininin qızı Gürcüstanda qəflətən dünyasını dəyişdi

05.03.2020 13:43

“Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında Gürcüstanda vəfat edib.

Об этом сообщает Руспрес

A24.Az Femida.az-a istinadən xəbər verir ki, Z. Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında gənc qızın vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Vəlizadənin hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

Məlumata görə, Zeynəb Vəlizadə Sumqayıt şəhər Polis İdarəsinin keçmiş rəis müavini Şirinəli Vəliyevin qızıdır.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Bakı Mühəndislik Universitetinin tələbəsidir.