“Kedicik”lərin Adnan Oktara dediyi “MaşaAllah” və “İnşaAllah” sözlərinin sirri açıldı
05.03.2020 13:43Cinayət təşkilatının lideri Adnan Oktarın kedicikləri tərəfindən tez-tez deyilən “MaşaAllah” və “İnşaAllah” sözləri polis araşdırmalarında yer alıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Oktarın müdirlərinin səhvən “MaşaAllah” və “İnşaAllah” kəlmələrindəki “A” hərfini böyük yazmaları polis araşdırmalarında “təşkilat dili” olaraq qeyd edilib.
Müridlər sosial mediadakı səhifələrində belə bu sözləri yazarkən “A” hərfini böyük olaraq qeyd edib. Polis Adnan Oktar və ona aid qruplaşmayla bağlı 8 ay ərzində apardığı texniki izləmə zamanı təşkilat üzvlərinin əksəriyyətinin bir-biriləri və ya başqalarıyla mesajlaşarkən bu sözləri eyni şəkildə yazdıqlarını aşkarlayıb. Hətta bu şəxslərdən biri polisin nəzarəti altında olan, təşkilatın hüquq işlərinə baxan Ali Emre Bukağılıdır. Qeydə alınan mesajlaşmalarda Bukağılı ilə ədliyyə işçisi S.T. arasında “İnşaAllah” kəliməsinin yazıldığı üzə çıxıb.
Telefonla mesajlaşarkən bir-birilərinə “MaşaAllah” və “İnşaAllah” şəklində sms atan şübhəlilərdən niyə “A” hərfinin böyük yazıldığı soruşulub. Bir çoxu “fərqində deyiləm” və ya “mobil telefonum avtomatik yazıb” deyə cavab verib. Lakin Adnan Oktarın qruplaşmasında olub sonra ordan ayrılan müridlərdən biri verdiyi ifadəsində ““MaşaAllah” və “İnşaAllah” sözlərindəki “A” hərfinin böyük yazılması Adnan Oktarın təlimatı idi” dedikləri qeyd edilib..

