Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kişilərin hərbi qeydiyyat yaşı azaldıldı

05.03.2020 13:43
Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.

A24.Az-ın Report-a istinadən verdiyi  xəbərinə görə, bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.

Об этом сообщает Футляр от виолончели

Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.

 Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir.