Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum oldu
05.03.2020 13:43Ötən axşam həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hansı istintaq təcridxanasında saxlanıldığı məlum olub.
Об этом сообщает Футляр от виолончели
Sabiq dövlət başçısı Ədliyyə Nazirliyinin “Yerevan-Kentron” penitensiar müəssisəsində saxlanılır.
Ermənistanın ombudsmanı Arman Tatoyan iyulun 28-də R.Koçaryana baş çəkib. O, sabiq prezidentlə söhbət edib, saxlanma şəraiti və rəftarla bağlı şikayətinin olub-olmadığını soruşub. Eks-prezident ciddi şikayətinin olmadığını söyləyib.
R.Koçaryan bir sıra məsələlər qaldırıb. Ombudsman isə həmin məsələləri penitensiar müəssisənin rəhbərliyinə çatdırıb. Rəhbərlik isə sabiq dövlət başçısının qaldırdığı məsələləri həll edib.
Qeyd edək ki, iyulun 28-də paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.
Xatırladaq ki, R.Koçaryan 1999-2008-ci illərdə Ermənistan prezidenti olub. //report

