Kreml: “Biz olmasaq, Tramp İranı daha da qarışdırar”
05.03.2020 13:44Moskva ABŞ-ı İranın daxili işlərinə qarışmağa qoymur.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov səsləndirib.
Onun sözlərinə görə, ABŞ İranın nüvə proqramı üzrə fəaliyyətini pozmaq, həmçinin ölkədəki sabitliyi qarışdırmaq üçün belə vəziyyətlərdən istifadə edir:
“Orada baş verənlər onların daxili problemləri ilə bağlıdır. Baş verənləri təhrif etmək lazım deyil. Mən inanıram ki, bizim qonşumuz, bizə dost dövlət və etibarlı tərəfdaş ölkə kimi İran baş verən problemləri həll edib, mövcud çətinlikləri aradan qaldıracaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İrana əhəmiyyətli dəstək göstərəcək ki, bunun üçün münasib vaxt gələcək. Dekabrın 28-dən İranın iri şəhərlərində , o cümlədən Tehran, İsfahan və Məşhəd, Rəşt, kütləvi etiraz aksiyaları keçirilir. İran prezidenti Həsən Ruhani bildirib ki, etirazlar ölkənin daxili problemləri və həmçinin digər ölkələrin kənardan təhrikçiliyi ilə bağlıdır. KİV-in məlumatına görə, iğtişaşlar nəticəsində azı 20 nəfər ölüb. Tehranda son üç gün ərzində təxminən 450 nəfər saxlanılıb.
Orxan Aslanlı, A24.Az

