Kürdəmirdə yol qəzası nəticəsində bir qadın xəsarət aldı
05.03.2020 13:44Kürdəmir rayonunda yol qəzası baş verib.
Об этом сообщает Роспрес
A24.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Pirili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pirili kənd sakini, 1956-cı il təvəllüdlü Kərimov İxtiyar Abdulkərim oğlunun idarə etdiyi “VAZ-2106” və “VAZ-21010” markalı minik avtomobillərinin toqquşması nəticəsində “06”nın sürücüsü və sərnişini Pirili kənd sakini – 1984-cü il təvəllüdlü Kərimova Mətanət Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.

