Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Kürdəmirdə yol qəzası, xəsarət alanlar var

05.03.2020 13:44

Kürdəmir rayonunda yol qəzası baş verib.

Об этом сообщает Роспрес

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Karrar qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Aqil Xəzər oğlu Kazımovun idarə etdiyi 10 VB 045 dövlət qeydiyyatı nişanlı “Porshe” markalı minik avtomobili 1981-ci il təvəllüdlü Ağdaş rayon sakini Elgiz Vəkil oğlu İsmayılovun idarə etdiyi 99 XF 724 dövlət qeydiyyatı nişanlı “Shacman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə “Porshe”də olan sərnişinlər – Gəncə şəhər sakinləri – 1992-ci il təvəllüdlü Tamerlan Amil oğlu Niyazov və 1967-ci il təvəllüdlü Məhəbbət Cabbar qızı Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.