Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lionel Messi “Barselona”nın ən titullu futbolçusuna çevrilib

05.03.2020 13:45

Argentina milli komandasının hücumçusu Lionel Messi İspaniyanın “Barselona” klubunun heyətində ən titullu futbolçuya çevrilib. 

Об этом сообщает Руспрес

31 yaşlı forvard Kataloniya təmsilçisinin heyətində 33-cü titulunu ölkə Super Kubokunu qazanaraq əldə edib. Mərakeşdəki “Stad de Tancer” arenasında keçirilmiş görüşdə “Barsa” “Sevilya”nı 2:1 hesabı ilə yenib.

Bunadək Messi titul sayında Andres İnyesta ilə şərik idi. Lakin artıq İnyesta Yaponiya “Vissel Kobe”sində çıxış edir, Messi isə kataloniyalıların kapitanıdır. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu, 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çermpionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.

Qeyd edək ki, “Barselona” İspaniya Super Kubokunu 13-cü dəfə qazanıb. Lionel Messinin komandası bu göstəricidə “Real Madrid”i 3 titul qabaqlayaraq, rekordunu qoruyur.  //report