Manaf Mətanətə görə “razborka” etdi: Videonu yayan diz çöküb, üzr istədi – VİDEO
05.03.2020 13:46Xəbər verdiyimiz kimi, müğənni Mətanət Əsədova “Hər şey daxil” verilişinin qonağı olub.
Об этом сообщает Футляр от виолончели
O, videosunu yayan şəxs barədə Manaf Ağayevin tədbir gördüyünü bildirib.
“Bəzi adamlar dedi ki, niyə Manaf sosial şəbəkədə paylaşım etmədi, dəstək durmadı. Ancaq bu səhər saat 07:00-a qədər Manaf mənimlə olub”, – deyə Əsədova bildirib.
Verilişə telefonla bağlanan Manaf isə bildirib ki, həmin adamlar Mətanətin qarşısında diz çöküblər:
“Həmin adamları tapıb, gətirdim. Diz çöküb Mətanətdən üzrə istədilər”.
Qeyd edək ki, müğənninin içki süfrəsində çəkilən videosu sosial şəbəkədə geniş rezonans yaradıb. //oxu.az

