Marsa insanlar da səyahət edə biləcək – Trampdan yeni qanun
05.03.2020 13:46Tramp NASA-nın Marsa içərisində insan olan kosmik vasitə göndərməyi üçün qanunu qəbul etdi.
Об этом сообщает Руспрес
ABŞ-ın prezidenti Donald Tramp Amerika Aviasiya və Kosmos Agentliyinin (NASA) Mars planetinə içərisində insan olan kosmik vasitə göndərməyini nəzərdə tutan qanun layihəsinə imza atıb.
Saytımız xəbər verir ki, layihəyə 19.5 milyard dollarlıq büdcə ayrılacaq.
Yeni layihə NASA-ya içərisində insan olan kosmik uçuş proqramlarını bilavasitə test etmə səlahiyyəti də verir. Tramp çıxışında qanunu imzaladığı üçün şad olduğunu deyib.
Qanunun Donald Tramp tərəfindən imzalanması zamanı Demokrat Partiyasından olan Senator və keçmiş astronavt Bill Nelson da Oval Ofisdə olub. Qanun Dünyanın orbitindəki Beynəlxalq Kosmik Stansiyanın (ISS) ən azı 2024-ci ilə qədər istifadəyə verilməsinə kömək edəcək.

