Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Merilin Monronun şəxsi əşyaları satıldı

05.03.2020 13:47

Los-Anceles şəhərində məşhur və əfsanəvi ulduz Merilin Monronun şəxsi əşyaları satışa çıxarılıb.
A24.Az xəbər verir ki, aktrisanın əşyalarını “Julien’s Auctions” hərrac evi vasitəsilə satılıb. Merilinin “Qızıl Qlobus” mükafatı 250 min dollara satılıb. Aktrisa bu mükafata 1962-ci ildə “tamaşaçıların ən sevimli aktrisası” kimi layiq görülüb. Hərrac evindən bildirilib ki, bu günə qədər satılan ən bahalı mükafat məhz budur.

Об этом сообщает Роспрес

Monronun “Ford Thunderbird” markalı avtomobili və sürücülük vəsiqəsi isə 500 min dollara satılıb. Bundan başqa Merilinin dağ xrustalından hazırlanmış sırğası, üz qapağında aktrisa olan və nəşr evinin sahibi Hyu Hefnerin imzası olan“Playboy” jurnalı da satışa çıxarılıb.

Aktrisanın “Sevişək” filminin məşqlərinə geyindiyi paltara da alıcı tapılıb. Bundan başqa çek dəftəri, zolaqlı şalvar, iki qara bluz da satılıb.