Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Merkel Ərdoğanı təmkinli olmağa çağırıb

05.03.2020 13:47

Almaniya kansleri Angela Merkel bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti edib. Danışıqlar zamanı Suriyadakı vəziyyət diqqət mərkəzində olub.

Об этом сообщает Футляр от виолончели

A24.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Martina Fits deyib.

“Kansler Türkiyənin, xüsusilə Suriya qaçqınlarının qəbulu məsələsində rolunu qeyd edib və ümid etdiyini bildirib ki, Türkiyə Amerika qoşunlarının Suriyadan çıxarılmasına təmkinini qoruyaraq və məsuliyyət dərk edərək reaksiya verəcək”, – deyə o bildirib.

Merkel həmçinin qeyd edib ki, İŞİD terror təşkilatı hələ də, əhəmiyyətli dərəcədə təhlükəlidir.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Suriyadakı vəziyyət müzakirə olunub.