Mərkəzi Bankda YANĞIN: Rusiyada
05.03.2020 13:47Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəhbəri bildirib.
Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib.
Alov 30 m2 əhatə edib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

