Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

05.03.2020 13:48

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

A24.Az-ın xəbərinə görə, 6-cı turun son oyun günündə keçiriləcək 7 görüşlə növbəti mərhələyə yüksələn son 4 komandanın adına aydınlıq gəlib.

Об этом сообщает Руспрес

A Liqasında Portuqaliya  Polşanı qəbul edir. Bu görüşün nəticəsi heç bir əhəmiyyət kəsb etmirdi. Portuqaliyalılar növbəti mərhələni öncədən təmin edib, qonaqlar aşağı liqaya düşüb.

B Liqasında da bir oyun keçirilib. 2-ci qrupda Rusiya İsveçin qonağı olub. Növbəti mərhələ üçün ruslara 1 xal bəs edirdisə, isveçlilər mütləq qalib gəlməli idi. Rəqibin qapısından 2 cavabsız qol keçirən meydan sahibləri pley-offa vəsiqə qazanıb.

C Liqasında 1-ci qrupda İsrail Şotlandiya səfərinə yollanıb. Qonaqlara növbəti mərhələ üçün bərabərlik də sərf edirdi. Ancaq şotlandiyalılar 3:2 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. 4-cü qrupda isə Litva üzərində qələbə qazanan Serbiya pley-offa yüksəlib.

D liqasının 3-cü qrupunda isə millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo adını növbəti mərhələyə yazdırıb.

20 noyabr

UEFA Millətlər Liqası, 6-cı tur

A Liqası

3-cü qrup

23:45. Portuqaliya – Polşa – 1:1
Qollar: A. Silva, 33 (1:0), A. Milik, 66-penalti (1:1)

1. Portuqaliya 4 2 2 0 5:3 8
2. İtaliya 4 1 2 1 2:2 5
3. Polşa 4 0 2 2 4:6 2

B Liqası

2-ci qrup

23:45. İsveç – Rusiya – 2:0
Qollar: Lindelöf, 41 (1:0), M. Berq, 72 (2:0)

1. İsveç 4 2 1 1 5:3 7
2. Rusiya 4 2 1 1 4:3 7
3. Türkiyə 4 1 0 3 4:7 3

C Liqası

1-ci qrup

23:45. Şotlandiya – İsrail – 3:2
Qollar: B. Kayal, 9 (0:1), C. Forest, 34 (1:1), 43 (2:1), 64 (3:1), E. Zahavi, 75 (3:2)

1. Şotlandiya 4 3 0 1 10:4 9
2. İsrail 4 2 0 2 6:5 6
3. Albaniya 4 1 0 3 1:8 3

4-cü qrup

23:45. Monteneqro – Rumıniya – 0:1
Qol: C. Çukudyan, 44

23:45. Serbiya – Litva – 4:1
Qollar: A. Zulpa, 51-avtoqol (1:0), A. Mitroviç, 58 (2:0), D, Petraviçius, 64, (2:1), A. Priyoviç, 71 (3:1), A. Lyayiç, 74 (4:1)

1. Serbiya 6 4 2 0 11:4 14
2. Rumıniya 6 3 3 0 8:3 12
3. Monteneqro 6 2 1 3 7:6 7
4. Litva 6 0 0 6 3:16 0

D Liqası

3-cü qrup

23:45. Kosovo – Azərbaycan – 4:0
Qollar: A. Zeneli, 2 (1:0), 50 (2:0), A. Rrahmani, 61 (3:0), A.Zeneli, 76 (4:0)

23:45. Malta – Farer adaları – 1:1
Qollar: R. Yensen, 3 (0:1), Korbalan, 4 (1:1)

1. Kosovo 6 4 2 0 15:2 14
2. Azərbaycan 6 2 3 1 7:6 9
3. Farer adaları 6 1 2 3 5:10 5
4. Malta 6 0 3 3 5:14 3