Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazir tədbirdə əlili təhdid etdi: “Qıçını sındıraram…”

05.03.2020 13:51

Əngəlli insanların iştirak etdiyi bir tədbirdə nazirin işlətdiyi cümlə cəmiyyət arasında qəzəbə səbəb olub.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici mediaya istinadən xəbər verir ki, xalqın qəzəbinə səbəb olan şəxs Hindistanda iqtidar partiyası olan Bharatiya Janata Partiyasında (BJP) ağır sənaye və kommunal müəssisələri naziri olan Babul Supriyo-dur. O, tədbirdə iştirakçılardan birini “sənin qıçını sındıraram” ifadələri ilə təhdid edib.

Dinləyicilər arasında bir nəfərin ətrafda dolanaraq onu narahat etməsinə əsəbiləşən nazir, “sənə nə oldu, bir problem var? Ayaqlarından birini sındırıb sənə qoltuqağacı verə bilərəm” ifadələrini işlədib. “Indian Express”ə görə müğənnilikdən siyasətə gələn nazir Supriyo, qorumalarına da həmin şəxsin “Bir daha onun ətrafından hərəkət edəcəyi halda ayağını sındırıb özünə bir qoltuqağacı vermələrini əmr edib”.

“Asian News Agency” (ANI) tərəfindən qeyd edilən videonun sosial mediada yayılmasından, çoxlu sayda reaksiyalardan sonra Supriyonun istefası tələb olunub.

Orxan Aslanlı / A24.az