Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazirlik işsizlərin bu vəzifələrdə işləmələrini təmin etdi

05.03.2020 13:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin birinci yarımili ərzində 13676 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.

Об этом сообщает Футляр от виолончели

Nazirikdən “a24.az”a verilən məlumata görə, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında 1879 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Bu dövrdə ümumilikdə 1800 nəfərədək işsiz və işaxtaran vətəndaş kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, həmçinin 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Yanvar-iyun aylarında Xidmət tərəfindən gənclərin düzgün peşə seçiminə köməklik məqsədilə 56811 nəfərə peşəyönümü məsləhətləri verilib.