Nazirlikdən itlərin güllələnməsinə REAKSİYA
05.03.2020 13:51
Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.
A24.az-ın xəbərinə görə, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bildirib ki, ETSN heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir.
Nazirlik sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayır və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparır: “Bildiririk ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb”.
Об этом сообщает Руспрес

