Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazpəri Elzaya gülüb efiri tərk etdi — CANLI YAYIMDA QALMAQAL

05.03.2020 13:51

ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının dünənki efiri qalmaqalla yekunlaşıb.
A24.Az-ın məlumatına görə Elza Seyidcahan əvvəlcə münsif həmkarı İntiqam Kərimovla mübahisə edib. Ardınca xalq artisti Nazpəri Dostəliyeva həmkarlarını iştirakçılardan danışmağa çağırıb:

Об этом сообщает Руспрес

“Kimin nə olduğunu hamı bilir. Bura özümüzdən danışmağa gəlməmişik, xahiş edirəm, tamaşaçıya hörmətlə yanaşaq. Tələbələrimizi saymağa gərək yoxdur. Ona qalsa mənim də tələbələrim Rusiya və Türkiyədə birinci yer qazanıblar. Burda dediklərimizdənsə məşqlərdə uşaqlara akademik ifa öyrətməliyik”.

N.Dostəliyevanın tənqidinə cavab verən E.Seyidcahan xalq artistini öz tələbəsi adlandırıb:”Mənim birinci tələbəm məhz sizsiniz, Nazpəri xanım. Hətta sizə iki mahnı da vermişəm”.

E.Seyidcahanın iddiasını kinayəli gülüşlə qarşılayan Nazpəri Dostəliyeva layihəni birdəfəlik tərk etdiyini açıqlayıb.