Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Paşinyanın müharibə qorxusu: “Əminəm ki, Rusiya buna imkan verməz”

05.03.2020 13:54

“Regionda müharibənin yenidən başlanması təhlükəsi həmişə var və biz bu inkişaflara hazır olmalıyıq”.

Об этом сообщает Футляр от виолончели

A24.Az erməni mətbuata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Rusiya böyük gücə malik ölkədir: “Hər kəs bilir ki, Rusiya böyük imkanlara malik dövlətdir. Və regionda yeni bir müharibənin meydana gəlməsinə qarşı gələcək bir qüvvəyə sahibdir. Anlaya bilmirəm ki, strateji mütəffiqi olan Ermənistanı, Rusiya bütün imkanlarını istifadə edərək, yeni bir müharibənin meydana gəlməsinə imkan verərmi? Hamı kimi mən də çox əminəm ki, Rusiya bu müharibənin başlamasına imkan verməz”, – deyə Paşinyan əlavə edib.

Orxan Aslanlı // A24.Az