Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qəzada dünyasını dəyişən “Azərişıq”ın işçisinin görüntüləri

05.03.2020 13:57

Ötən gün yol qəzasında dünyasını dəyişən “Azərişıq” ASC-nin əməkdaşı Ehtimal Bəxtiyar oğlu Əzizovun fotoları və dəhşətli qəzanın görüntüləri yayılıb.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, hərəkətdə olan “Lada Priora” avtomobilinin sürücüsü qəflətən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Xaçmaz rayon Xudat qəsəbə sakini Ehtimal Bəxtiyar oğlu Əzizov dünyasını dəyişib.

Digər 2 nəfər- Xudat qəsəbə sakinləri Firuz Pirməmməd oğlu Sultanov və Kamran Bəhram oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Yaralı şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, sərnişin və sürücünün vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, “Lada Priora”nın sürücüsü və avtomobildə olan sərnişinlər “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.