Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qardaşı və əri şəhid olan müğənni ürəkləri dağladı:”Yuxuda ərim mənə dedi ki, qardaşının …” – VİDEO

05.03.2020 13:58

Ötən gün Xəzər TV-də yayımlanan “5/5” verilişində “Unuda bilmirəm” rubrikasının qonağı müğənni Gülüstan Əliyeva olub.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, onun həyat hekayəsi izləyənləri göz yaşlarına boğub. Həyat yoldaşı və qardaşı şəhid olan müğənni atasının onları hələ 11-ci sinifdə oxuyan zaman tərk etdiyini göz yaşları içində danışıb:

“Yoldaşım cinayət axtarış şöbəsinin bir neçə işçisi ilə bərabər minaya düşmüşdü. Zahid sürücüsü ilə birlikdə şəhid oldu. Cəbrayıl rayonundan bir az uzaqda Ziyarət dağı deyilən yer var. Həyat yoldaşımı orada dəfn elədik. Bir dəfə yuxuda onu gördüm. Onda hələ qardaşım əsgərlikdə idi. Mənə uzun bir siyahı göstərdi ki, bura Azadın da adını yazmalıyam. Yuxuda ağladım ki, onun adını yazma. Səhər yuxudan duranda bildim ki, qardaşım döyüşdə yaralanıb. Onu Bakıya xəstəxanaya çatdırdıq. Lakin həyatını xilas etmək mümkün olmadı”.