Qardaşının arvadına sataşan şəxslə bağlı YENİ XƏBƏR – Hadisə bu rayonda baş veribmiş – VİDEO
05.03.2020 13:58Ötən gün qardaşının həyat yoldaşına sataşdığı iddia edilərək cəzalandırılan gənc oğlanla bağlı yeni məlumatlar əldə etmişik. Hadisə Şəmkir rayonunda qeydə alınıb.
Об этом сообщает Роспрес
Şəmkir Rayon Prokurorluğundan A24.Az-a eksklüziv olaraq verilən məlumata görə, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə (bir qrup şəxs tərəfindən törədildikdə)) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilək istintaqa cəlb olunması iqtiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prokurorluqdan onu da qeyd etdilər ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda qardaşının həyat yoldaşına sataşdığı iddia edilən gənc oğlan sərt şəkildə cəzalandırılıb.Məlumata görə, xəyanət edən qadının əri dostları ilə birlikdə qardaşının boynundan kəndirlə bağlayaraq işgəncələr verib. Gənc oğlanı çılpaq vəziyyətdə çöllük sahəyə apararaq döyüblər. Daha sonra onun üzr istəməsini əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb.

