Qətərdən ABŞ-a qarşı Türkiyəyə 15 milyardlıq dəstək
05.03.2020 13:59Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Beştəpədə Qətər Əmiri Al Sani ilə təxminən 3,5 saat davam edən görüş keçirib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xaric mediaya istinadən xəbər verir ki, görüşdən sonra Qətər Əmiri, görüşdə Qətər olaraq Türkiyəyə 15 milyard dollarlıq investisiya paketini sürətli həyata keçirəcəklərini bildirib. Hökumət mənbələri, bazara və banklara sürətli investisiya girişi təmin olunacağını bildiriblər. Prezidentin mətbuat xidmətində verilən məlumata görə, Qətər Əmiri Şeyx Təmim işgüzar səfəri çərçivəsində baş tutan görüşdə ikitərəfli əlaqələr və regional məsələlər haqqında fikir mübadiləsi aparılıb. Şeyx Təmim görüşdə Qətər olaraq Türkiyəyə 15 milyard dollarlıq investisiya paketini sürətli həyata keçirəcəklərini bildirdi. Xəzinə və Maliyyə Naziri Berat Albayraq ilə Qətər Maliyyə Naziri Əli Şərif El-İmadinin də hazır olduqları görüşdə iki lider, Türkiyə-Qətər arasındakı əlaqələri hər sahədə daha da inkişaf etdirmək məqamındakı qətiyyətini təsdiq edib.
Orxan Aslanlı // A24.Az

