Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rəsulzadənin sağ qalan yeganə əsgəri danışır – SONUNCU LEGİON – EKSKLÜZİV VİDEO

05.03.2020 14:00

O, Düdənginskini görən, “Azərbaycan legionu”nda xidmət edən sonuncu azərbaycanlıdır.

Об этом сообщает Футляр от виолончели

A24.Az 99 yaşlı azadlıq mücadiləçisi Barat Orucovun qonağı olub.

O, hərbi xidmətə gedəndə, hələ müharibə başlamamışdı. Almanlarla sərhəddə sovet əsgəri, əsir düşərgəsində əsir, legionda Azərbaycan əsgəri kimi görüşən Barat Orucovun ömrünün 6 ili Almaniyada, 10 ili isə Sibirdə sürgündə keçib. “Sovetə güllə atmısan” damğası ilə 45 il ləkələnən Barat Orucov hələ də o illərdən danışanda həyəcanlanır.

Yoldaşı Barat kişinin nə az, nə çox, 16 il yolunu gözləyib. Qara günlər bitəndən sonra onlar birlikdə yaşayıb və bir neçə övlad sahibi olub.

Məşəqqətli ömür sürən Barat Orucov 99 il ərzində başına gələnləri danışır: