“Rahim Şəkinski”nin arvadının məzarından görüntülər – EKSKLÜZİV VİDEO
05.03.2020 14:00Bu ilin mart ayının 30-da Fransanın Tuluza şəhərində yaşayan və kriminal avtoritet olduğu iddia edilən Rahim Namazov (ləqəbi “Şəkinski”) A24.Az xəbər portalının redaksiyası ilə əlaqə saxlayaraq, həyat yoldaşının məzarından görüntülər göndərib.
Об этом сообщает Руспрес
O, həyat yoldaşı Aidə Şahbaz qızı Abdullayevanın Bakıdakı qəbiristanlıqlardan birində dəfn edildiyini qeyd edib.
Videodan Rahim Namazovun həyat yoldaşının məzarı başında çox sayda gül çələnglərinin olduğu görünür.
Qeyd edək ki, bu ilin aprel ayında R. Namazov və həyat yoldaşının olduğu “Jaquar” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Rahim Namazovun ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından həyat yoldaşı dünyasını dəyişib.
Xatırladaq ki, mətbuat Rahim Namazovun “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovu “youtube” sosial şəbəkəsi vasitəsilə təhqir etdiyini, insidentin də “Quli”nin adamları tərəfindən Namazova cavab məqsədilə törədildiyini iddia edirdi.
A24.az həmin görüntüləri təqdim edir:

