Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ramil Şeydayevin yeni komandası açıqlandı – RƏSMİ

05.03.2020 14:00

 Rusiyanın “Krılya Sovetov” klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə müqavilə bağlamağı planlaşdırır.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi Twitter səhifəsində bildirilir. 22 yaşlı hücumçu “Krılya Sovetov”un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı çıxış edib. Şeydayev 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla sözləşmənin tezliklə imzalanacağı açıqlanıb.

Qeyd edək ki, Ramil Şeydayev avqustun 9-da Türkiyənin “Trabzonspor” klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib. “Krılya Sovetov” isə Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.