Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ruhani Trampın tələbini rədd etdi: “8 dəfə görüşmək istəyib, amma…”

05.03.2020 14:01

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın görüşmək barədə tələbini rədd edib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki,  bunu İran İslam Respublikası prezidentinin ofisinin rəhbəri Mahmud Vaizi bildirib.

Paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclası öncəsi mətbuata danışan Vaizi, Ruhaninin iqtisadiyyat qərargahları başda olmaqla kabinetdə dəyişiklik etməyə hazırlaşdığını söyləyib.

ABŞ-ın İrana qarşı yürütdüyü siyasətə də toxunan Vaizi, ölkəsinin Vaşinqton rəhbərliyi ilə müzakirə etmək niyyətinin olmadığını bildirib.

Müzakirə tələbini daha öncə ABŞ-dan gəldiyini dilə gətirən Vaizi, “Prezident Ruhani, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getdiyi zaman Tramp ondan 8 dəfə görüş tələb edib, lakin Ruhani bu tələbləri qəbul etməyib”, – deyə qeyd edib.