Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya aeroportlarına azərbaycanlıların adları verilə bilər

05.03.2020 14:01

Rusiyada fəaliyyət göstərən 2 hava limanına məşhur azərbaycanlıların adları verilə bilər.

Об этом сообщает Руспрес

A24.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda potensial namizədləri müəyyən etmək üçün onlayn sorğu keçirilir.

Sorğunun nəticələrinə əsasən, 47 yerli aeroporta müxtəlif şəxslərin adları veriləcək. Təklif edilən namizədlər arasında neft-qaz sahəsi üzrə tanınmış soydaşlarımız – Fərman Salmanov və Sabit Orucov da var. 1-ci Nijnevartovsk və və Surqut beynəlxalq hava limanları, 2-ci isə Yeni Urenqoy beynəlxalq aeroportu üçün əsas namizəd göstərilib.

Qeyd edək ki, səsvermədə Rusiyanın mobil operatorlarına məxsus nömrəsi olan şəxslər və yerli sosial şəbəkə istifadəçiləri iştirak edə bilərlər.